21:41 14-06-2021
news_image
145
AVRO-2020

Avropa çempionatlarının ən sürətli avtoqolu – AVRO-2020

Polşa millisinin qapıçısı Voyçex Şesnı Avropa çempionatları tarixində ən sürətli avtoqolun müəllifi olub.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı qolkiper AVRO-2020-nin qrup mərhələsinin I turunda Slovakiya ilə görüşün 18-ci dəqiqəsində topu öz qapısından keçirib.

Robert Makın cərimə meydançası daxilindən zərbəsindən sonra top yaxın küncdə dirəkdən qayıdıb Şesnıya dəyərək, tora düşüb. UEFA bunu avtoqol kimi qeydə alıb. Bu, Slovakiya millisinin 1:0 hesabı ilə önə keçməsinə səbəb olub. Şesnı həm də Avropa çempionatlarında avtoqol müəllifi olan ilk qapıçı kimi tarixə düşüb.

Qeyd edək ki, AVRO-2020-nin ilk avtoqoluna İtaliya ilə açılış matçında Türkiyə yığmasının müdafiəçisi Merih Demiral imza atıb.