22:33 14-06-2021
news_image
118
FUTBOL

“Milan” 48 saat vaxt verdi - Jiruya

“Çelsi”nin hücumçusu Olivye Jirunun karyerasını İtaliyada davam etdirmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard yenidən “Milan”ın maraq dairəsinə düşüb.

“Rossonyerlər” Fransa millisinin üzvü ilə yaxın 48 saat ərzində müqavilə imzalamağı planlaşdırır. Lakin həmin vaxta qədər Jiru “Çelsi” ilə sözləşməsini ləğv etməlidir. Onun londonlularla müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Olivye Jiru ötən mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 17 oyunda 4 qol vurub.