00:00 15-06-2021
news_image
161
FUTBOL

Bakıya gələ bilər – Maykon

“İnter”in sabiq futbolçusu Maykonun yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qalibi San Marino təmsilçisi “Tre Penne” ilə anlaşıb.

Müqavilənin detalları barədə əlavə məlumat verilməyib. “Tre Penne” 8 və 15 iyul tarixlərində Konfrans Liqasının ilkin təsnifat mərhələsində çıxış edəcək. San Marino təmsilçisi ilk raundu keçsə, II təsnifat mərhələsində 39 yaşlı müdafiəçi “Tre Penne”nin heyətində Azərbaycan klublarına rəqib ola və Bakıya gələ bilər.

Qeyd edək ki, Maykonun son klubu İtaliya D seriya komandası “Sona” olub.