00:28 15-06-2021
news_image
126
AVRO-2020

De Bruynenin durumu müəyyənləşdi – AVRO-2020

Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne zədəsini sağaldıb.

Apasport.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, ulduz futbolçu bu gündən kollektivlə birlikdə məşqlərə qatılıb.

Artıq tam hazır vəziyyətdə olduğu bildirilən komandanın lideri növbəti matçda məşqçilər korpusunun sərəncamında olacaq. İlk turda Rusiya ilə qarşılaşmanı (3:0) buraxan De Bruyne Danimarka ilə qarşılaşmada meydandakı yerini ala biləcək.

Qeyd edək ki, Danimarka – Belçika oyunu iyunun 17-də Kopenhagendə keçiriləcək.