00:39 15-06-2021
news_image
141
FUTBOL

“Mançester Yunayted”ə qayıdır – sabiq qapıçısı

“Aston Villa”nın qapıçısı Tom Hiton komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı qolkiper karyerasını yetirməsi olduğu “Mançester Yunayted”də davam etdirəcək.

Hiton bu həftə Mançester klubunda tibbi müayinədən keçəcək və ardından sevimli komandası ilə 2+1 illik müqavilə imzalayacaq. Veteran qolkiper “qırmızı şeytanlar”da ikinci qapıçı olmağa razılıq verib.

Qeyd edək ki, Tom Hiton 2005-2010-cu illərdə ilk klubu olan “Mançester Yunayted”in şərəfini qoruyub.