00:44 15-06-2021
news_image
134
AVRO-2020

41 illik rekord yeniləndi – AVRO-2020

İspaniya millisi Avropa çempionatlarında yeni rekord müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, bu, AVRO-2020-nin qrup mərhələsinin I turunda İsveçlə görüşdə baş verib.

İspanlar turnirdəki ilk görüşlərinin birinci hissəsində 419 uğurlu ötürmə ilə Avropa çempionatları tarixinə düşüb. Luis Enrikenin yetirmələri bu baxımdan 1980-ci ildəki qitə birinciliyinin rekordunu yeniləyib.

Qeyd edək ki, matça start heyətində çıxan Pedri İspaniya yığmasının heyətində böyük turnirlərdə ən gənc yaşda iştirak edən futbolçu ünvanına yiyələnib.