09:18 15-06-2021
news_image
92
FUTBOL

Yeni rekord – Batistutanı keçdi

Lionel Messi yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Argentina millisinin heyətində rəsmi matçlarda ən çox qol vuran oyunçu ünvanına yiyələnib.

O, bunu Amerika kubokunun Çili ilə görüşündə rəsmiləşdirib. Qarşılaşmada hesabı açan Messi 39-cu dəfə fərqlənib.

Bununla da Lionel yığmanın sabiq hücumçusu Qabriel Batistutanın rekordunu arxada qoyub. Sonuncu “albiseleste”nin rəsmi görüşlərində 38 qol vurub.

Qeyd edək ki, Argentina – Çili oyunu 1:1 hesabı ilə başa çatıb.