10:59 15-06-2021
news_image
248
FUTBOL

Anton Krivotsyuk “Neftçi”dən getdi – Polşada oynayacaq

“Neftçi”dən ayrılan Anton Krivotsyukun yeni klubu müəyyənləşib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, paytaxt təmsilçisi ilə müqaviləsini uzatmayan müdafiəçi karyerasını Polşada davam etdirəcək.

Milliləşdirilmiş müdafiəçi Plosk “Visla”sı ilə anlaşıb. Azərbaycan yığmasının üzvünün polyaklarla 2+1 illik müqavilə bağladığı bildirilir.

Ötən mövsüm 21 oyunda 2 qol vuran 23 yaşlı oyunçu ona istədiyi qədər maaş verməyən "ağ-qaralar"la anlaşmanın müddətini uzaatmayıb.

Beləliklə, "Neftçi"dən ayrılan futbolçuların sayı 6-ya çatıb. Azərbaycan çempionu Krivotsyuka qədər Səlahət Ağayev, Keysuke Honda, Rener Alves, Bruno Teluşi və Ahmed Ahmedovla yollarını ayırıb.