11:50 15-06-2021
news_image
208
AVRO-2020

AVRO-2020-nin finalında görmək istədiyi yığmaları açıqladı – nazir müavini

“İki əsas oyununu ölkəmizdə keçirəcək Türkiyə millisini AVRO-2020-də finalda görmək çox sevindirici olardı”. 

Bunu apasport.az saytına açıqlamasında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev deyib. 

Nazir müavini bildirib ki, AVRO-2020-də qardaş ölkənin uğuru hər bir Azərbaycan vətəndaşı kimi, mənim də arzumdur: "Türkiyə, Uels və İngiltərə yığmaları azarkeşlik etdiyim komandalardır. Finalda isə Türkiyə və İngiltərəni görmək istəyərdim".

Qeyd edək ki, iyunun 11-də start götürən AVRO-2020-nin dörd oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Ayın 12-də Uels və İsveçrə arasında qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Türkiyə millisi iyunun 16-da Uels, 20-də İsveçrə ilə görüşəcək. 1/4 finalın iyulun 3-dəki matçı da ölkəmizdə baş tutacaq.

Sail Ağasəlim