13:33 15-06-2021
news_image
389
FUTBOL

Afrikalı transferləri Bakıya gəlir – “Keşlə”nin

Transfer bazarında fəallıq nümayiş etdirən “Keşlə” daha iki oyunçunun keçidini həll edib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı təmsilçisi heyətinə 2 yeni əcnəbi qatıb.

Bunlar bir müddətdir danışıq aparılan seneqallı sol vinger Omar Qudiabi və anqolalı sağ vinger Aldair Netodur. Müvafiq olaraq Şimali Makedoniyanın “Şkupi” və “Pelister” klublarından transfer olunan hücumçuların viza məsələsi artıq həllini tapıb. Qudiabi və Neto bu həftə ərzində Bakıya gələcək. Onların konkret olaraq iyunun 18-də və ya 19-da “Keşlə” ilə müqavilə imzalaması planlaşdırılır.

Hər iki afrikalı futbolçu “Keşlə”yə azad agent kimi keçib. Qudiabi ötən mövsüm 31 oyunda 7 qol, 7 assist, Neto isə 30 görüşdə 2 qol, 1 assistlə yadda qalıb. Qudiabi keçən mövsümün ikinci yarısını “Pelister”də keçirdiyindən, hər iki oyunçu 6 ay orada komanda yoldaşı olub.

Bununla Azərbaycan kubokunun qalibi transferlərinin sayını 4-ə yüksəldəcək. “Qarabağ”dan Rafael Məhərrəmlini, “Qəbələ”dən isə Merab Qiqaurini transfer edən paytaxt klubu Rəhman Hacıyevlə Turan Vəlizadəni “Neftçi”dən, Elçin Mustafayevi isə “Sabah”dan növbəti dəfə icarəyə götürüb.