14:24 15-06-2021
news_image
102
FUTBOL

“Transfer pəncərəsi”nin vaxtı açıqlandı – Azərbaycan çempionatında

Futzal üzrə Yüksək Liqada 2021/22 mövsümünə sentyabrın 9-da start veriləcək.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, “transfer pəncərə”sinin vaxtı müəyyənləşib.

Komandalar oyunçuların transferini və qeydiyyatını iyulun 5-dən sentyabrın 22-dək həyata keçirə biləcəklər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə  bilərlər.