14:27 15-06-2021
news_image
147
AVRO-2020

Qapıçısını dəyişdi – AVRO-2020

Daha bir milli komandanın AVRO-2020-dəki iştirak ərizəsində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə yığması heyətində dəyişikliyə ehtiyac duyub.

“Mançester Yunayted”in qapıçısı Din Henderson heyətdən çıxarılıb. Buna qolkiperin zədəsi səbəb olub. Onu yığmada “Şeffild Yunayted”in qapıçısı Aron Remsdey əvəzləyib.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2020-yə Xorvatiya üzərində 1:0 hesablı qələbə ilə başlayıb.