14:45 15-06-2021
news_image
110
FUTBOL

Samir Abasov Kaxaber Sxadadzeyə rəqib oldu - məşqçi-futbolçu dueli

Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatması sabiq məşqçi-futbolçuları üz-üzə qoyub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi” ilə Gürcüstanda mövsümü qızıl medallarla tamamlayan Tbilisi “Dinamo”sunda tanış simalar rəqib olacaq.

Məsələ burasındadır ki, uzun illər ölkəmizdə “Standard” və “İnter”in baş məşqçisi kimi fəaliyyət göstərən Kaxaber Sxadadze bu dəfə “Dinamo”nun sükanı arxasında “Neftçi”yə rəqib olacaq. Maraqlı məqam ondadır ki, 2009/10 mövsümündə Sxadadzenin rəhbərliyi altında çıxış edən Samir Abasov indi keçmiş məşqçisinə həmkar kimi rəqib olacaq.

Ümumiyyətlə, komandaların heyətinə nəzər yetirsək, “Neftçi”nin bu mərhələni adlamağa borclu olduğunu görərik. Əsasən yerli oyunçulara üstünlük verən gürcülərdə cəmi 7 legioner futbolçu var. Onlar da Serbiya (2 nəfər), İspaniya, Toqo, Niderland, Slovakiya və Qvineya təmsilçiləridir.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 6-7-də Tbilisidə, cavab görüşü 13-14-də Bakıda keçiriləcək.