14:46 15-06-2021
news_image
98
FUTBOL

“Sumqayıt” müqaviləni uzatdı - Eltun Turabovla

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə bağlayıb.

Apasport.az saytının məlumatına görə, ötən mövsüm icarə əsasında “Gənclik şəhəri” təmsilçisində çıxış edən Eltun Turabovla 1 illik müqavilə imzalanıb. 

O, ötən mövsüm 14 oyunda "Sumqayıt"ın formasını geyinib. Turabov Azərbaycanın U-21 millisinin də uğurları üçün çalışıb.

Qeyd edək ki, sumqayıtlılar daha öncə Yusif Nəbiyev və Xəzər Mahmudovu heyətində qatıb, baş məşqçi Ayxan Abbasov, futbolçular Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramovla müqaviləni uzadıb.