15:25 15-06-2021
news_image
244
FUTBOL

“Neftçi” ilə matçda maksimum nəticə göstərməliyik” - Kaxaber Sxadadze

“Neftçi” Azərbaycan çempionudur və ölkəsində “Dinamo” ilə eyni futbol markasıdır”.

Apasport.az saytının məlumatına görə, bunu Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”yə rəqib olmalarını dəyərləndirib. O, Azərbaycan təmsilçisinin ciddi rəqib olduğunu söyləyib: “Ciddi rəqibdir və biz “Neftçi”ni qiymətləndiririk. İndidən proqnoz vermək qəbuledilməzdir. Vəzifəmiz bu matçlara yaxşı hazırlaşmaqdır. Planlarımız var, mümkün qədər çox çalışmalı və maksimum nəticə göstərməliyik”.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 6-7-də Tbilisidə, cavab görüşü 13-14-də Bakıda keçiriləcək.