16:53 15-06-2021
news_image
78
AVRO-2020

37 yaşlı futbolçu heyətdən çıxarıldı – AVRO-2020

Daha bir yığmanın AVRO-2020-dəki iştirak ərizəsində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Rusiya millisi bir futbolçunun xidmətindən məhrum qalıb.

Yarımmüdafiəçi Yuri Jirkov zədə səbəbindən heyətdən çıxarılıb. AVRO-2020-nin ilk turunda Belçika ilə qarşılaşmada zədə alan 37 yaşlı oyunçu Moskvadakı klinikaların birində müalicə olunacaq. O, turnirin qalan görüşlərində məşqçilər korpusunun sərəncamında olmayacaq.

Qeyd edək ki, Rusiya yığması növbəti oyununu iyunun 16-da Finlandiyaya qarşı keçirəcək.