20:05 15-06-2021
news_image
124
AVRO-2020

Ronaldodan tarixi rekord – AVRO-2020

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo tarixi rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı superulduz AVRO-2020-nin Macarıstanla ilk matçında meydana çıxaraq buna nail olub.

Start heyətində çıxış edən forvard 5-ci Avropa çempionatında oynamaqla, rekordu ələ keçirib. O, 2004, 2008, 2012 və 2016-cı illərdəki qitə birinciliyində də yığmasının şərəfini qoruyub.

İspaniyanın əfsanəvi qapıçısı İker Kasilyas da 5 dəfə Avropa çempionatına qatılıb. Lakin o, AVRO-2000 və AVRO-2016-da oynamaq şansı qazanmayıb.