10:34 30-08-2008
news_image
462
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İlahə Qədimova dünya çempionatına qələbə ilə başlayıb

Çempionatın startı həmvətənimiz üçün uğurlu alınıb. O, 1/32 finalın ilk oyununda ağ fiqurlarla almaniyalı Elizabet Peytsi məğlub edib. Bu gün tərəflər arasında cavab görüşü keçiriləcək. Reqlamentə əsasən, İ Qədimova qara fiqurlarla oynayacaq. Şahmatçımız yarım xal qazansa belə, 1/16 finala yüksələcək. Görüş E. Peytsin qələbəsi ilə başa çatarsa, şahmatçılar sabah blits-oyunda üz-üzə gələcəklər. Dünya çempionatına 64 xanımın qatılacağı gözlənilsə də, müxtəlif səbəblərdən onlardan 11-i Rusiyaya gəlməkdən boyun qaçırıb. Sentyabrın 18-dək davam edəcək birinciliyinin mükafat fondu 450 000 ABŞ dollarına bərabərdir. Çempion titulunu qazanan şahmatçı 60 000 dollar qazanacaq.