21:20 15-06-2021
news_image
486
FUTBOL

“Şerif” “Neftçi”dən əl çəkmir – “Olimpiakos”la “Srvena Zvezda” da var

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, UEFA sabahkı püşkatma ərəfəsində komandaları qruplara bölüb.

“Neftçi”nin Gürcüstan “Dinamo”su (Tbilisi) cütü 2-ci qrupda səpələnməmişlərdəndir. Bu cütün qalibini üç mümkün variant gözləyir.

Bunlar “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya), “Teuta” (Albaiya) – “Şerif” (Moldova) cütünün qalibidir.

Qeyd edək ki, sabahkı püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.