21:46 15-06-2021
news_image
213
AVRO-2020

Avropa çempionatları tarixinin yeni bombardiri – AVRO-2020

AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Macarıstanla keçirilən oyun Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun daha bir rekordu ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bunu qol vurmaqla həyata keçirib.

Hazırda davam edən qarşılaşmanın 86-cı dəqiqəsində hesabı 2:0 edən CR7 qatıldığı 5-ci Avropa çempionatında vurduğu ümumi qol sayını 10-a çatdırıb. Bununla əfsanəvi fransalı Mişel Platiniyə məxsus rekordu qıran Ronaldo qitə birinciliklərinin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

Qeyd edək ki, karyerasını davam etdirənlər arasında Ronaldoya ən yaxın olan futbolçu Antuan Qrizmanndır. Fransa millisinin üzvünün aktivində 6 top var.