21:56 15-06-2021
news_image
171
AVRO-2020

Ronaldodan daha bir rekord - ən çox qələbə qazanan futbolçu oldu

AVRO-2020-nin qrup mərhələsində Macarıstanla ilk oyun Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandasının qələbəsi (3:0) 36 forvardın daha bir rekordu ələ keçirməsinə səbəb olub.

Bununla superulduz Avropa çempionatları tarixində ən çox qələbə qazanan futbolçuya çevrilib. O, AVRO-2008 və AVRO-2012-də çempion olan İspaniyanın heyətində yer alan Sesk Fabreqasla Andres İnyestanın 11 oyunluq qələbə rekordunu qırmağı bacarıb.

Qeyd edək ki, Kriştiano Ronaldo 5-ci Avropa çempionatında meydana çıxmaqla da rekorda imza atıb.