23:12 15-06-2021
news_image
173
FUTBOL

“Golden boy”a namizədlər açıqlandı – millimizin sabiq hücumçusunun oğlu da var

“Golden Boy 2021” mükafatına namizədlərin ilkin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Tuttosport” portalının dərc etdiyi siyahıda dünyanın 100 ən istedadlı gənc oyunçusu yer alıb.

Onlar arasında Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça da yer alıb. Rusiya “Rubin”inin və Gürcüstan millisinin gənc ulduzu mükafata iddiaçılardan biridir.

Siyahıda Benua Badyaşil (“Monako”), Eduardio Kamavinqa (“Renn”), Meyson Qrinvud (“Mançester Yunayted”), Billi Gilmor (“Çelsi”), Daniel Maldini (“Milan”), Qabriel Martinelli, Bukayo Saka (hər ikisi “Arsenal”), Cud Bellinhem, Covanno Reyna (hər ikisi “Borussiya” D), Pedri (“Barselona”), Rodriqo (“Real”) kimi ulduzlar da var.

Qeyd edək ki, mükafata 2001-ci il yanvarın 1-dən sonra anadan olanlar iddia edə bilər.