00:23 16-06-2021
news_image
170
FUTBOL

Üç il də oynayacaq – anası mesaj verdi

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo karyerasını daha üç il davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, bunu ulduz hücumçunun anası Doloreş Aveyru açıqlayıb.

O, 36 yaşlı oğlunun planları barədə danışıb: “O formadadır və daha üç il oynayacaq. Onunla bu barədə danışmışam”.

Qeyd edək ki, Ronaldonun şərəfini qoruduğu Portuqaliya millisi hazırda AVRO-2020-də mübarizə aparır.