00:40 16-06-2021
news_image
88
AVRO-2020

Tarixində ilk – Bundestimin

Mats Hummels Almaniya millisinin tarixinə Avropa çempionatında avtoqola imza atan ilk oyunçu kimi düşüb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi AVRO-2020-nin Fransa ilə görüşünsə öz qapısına qol vurub.

Bunadək heç bir almaniyalı qitə çempionatında qapıları səhv salmamışdı. AVRO-2020-də isə 3-cü avtoqol qeydə alınıb. Türkiyəli Merih Demiral İtaliya, polşalı Voytseh Şensnı Slovakiya ilə görüşdə qapıları səhv salıb. Əgər daha bir belə hadisə qeydə alınsa, Avropa çempionatlarında yeni avtoqol rekordu qeydə alınacaq.

Qeyd edək ki, hazırda davam edən Fransa – Almaniya oyununda hesab 1:0-dır.