10:19 16-06-2021
news_image
177
FUTBOL

20 milyona “yox” dedi - Ronaldo

AVRO-2020-yə Macarıstana qarşı dublla start götürən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dərhal transfer təklifi alıb.

Apasport.az saytının məlumatına görə, sabiq klubu “Mançester Yunayted” yenidən 36 yaşlı forvardı qaytarmaq fikrinə düşüb.

“Qırmızı şeytanlar” “Yuventus”un qolçusuna illik 20 milyon avro maaş təklif edib. Lakin “qoca sinyora”da gələcək taleyi qeyri-müəyyən olan superulduz dərhal təklifi rədd edib. O, “Mançester Yunayted”də yox, PSJ-də oynamaq arzusundadır.

Qeyd edək ki, Ronaldonun “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədərdir. O, Turin klubunda ilinə 32 milyon avro qazanır.