10:44 16-06-2021
news_image
124
FUTBOL

Ukrayna klubuna keçdi – “Sabah”dan ayrılan futbolçu

Ötən mövsümün sonunda “Sabah”dan ayrılan Dmitri Klotsun yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsi Ukraynada davam etdirəcək.

Ötən ilin yayında “Keşlə”yə keçən və qış fasiləsində “Sabah”la anlaşan futbolçu Ukrayna təmsilçisi “Veres”lə anlaşıb. O, Premyer Liqaya yenicə vəsiqə qazanan Rovno klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Dmitri Klots keçən mövsüm Premyr Liqada “Keşlə”nin heyətində 13 oyunda 1 qol vurub, “Sabah”ın formasını isə 6 matçda geyinib.