11:14 16-06-2021
news_image
190
FUTBOL

Honda ilə ikinci dəfə vidalaşdı – “Neftçi”

“Neftçi” yaponiyalı futbolçu Keysuke Honda ilə ikinci dəfə vidalaşıb.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə yarımmüdafiəçi ilə başa çatan müqavilə müddətinin yenilənmədiyini bəyan edib.

Maraqlıdır ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov hələ mayın 22-də klubun televiziyasına açıqlamasında Honda ilə vidalaşdıqlarını açıqlamışdı. Yenidən bunu açıqlamağın nəyə xidmət etdiyini yəqin ki, klub rəhbərliyi özü daha yaxşı bilər.

Qeyd edək ki, bu ilin martında “Neftçi” ilə anlaşan Keysuke Honda 7 oyunda 2 qol vurub.