11:22 16-06-2021
news_image
152
FUTBOL

6-cı yeni müqavilə - "Səbail"də

"Səbail" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, hücumçu Rauf Əliyevlə başa çatan sözləşmə müddəti uzadılıb. Milli komandamızın sabiq forvardı daha bir il bakılılara məxsus olacaq. Bu da komandada 6-cı yeni müqavilə olub. Əliyevə qədər baş məşqçi Aftandil Hacıyev, həmçinin Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılovun bu klubda qalacağı dəqiqləşmişdi.

Qeyd edək ki, "Səbail" yay fasiləsində hələlik Ali Sesay, Ruslan Hacıyev, Urfan Abbasov, Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze və Amil Yunanovla yollarını ayırıb.