12:14 16-06-2021
news_image
252
AVRO-2020

12 oyunda 200 min tamaşaçı – BOS-un siyahıdakı yeri

AVRO-2020-nin qrup mərhələsinin I turunun tamaşaçı sayı bəlli olub.

Apasport.az saytının məlumatına görə, ilk turun 12 qarşılaşmasını ümumilikdə 207 min 98 izləyib. 

Orta hesabla hər matçda 17 min 258 tamaşaçı olub. Ən çox azarkeş gözlənildiyi kimi Macarıstanın paytaxtı Budapeştdə qeydə alınıb. Meydan sahiblərinin Portuqaliya ilə görüşündə 55 min 662 seyrçi olub. Bu da arenanın 100 faiz tamaşaçı qəbul etməsi ilə bağlıdır.

İki oyun qəbul edən Rusiya Sankt-Peterburqu orta göstəricisinə əsasən ikinci yerdədir. İlk “üçlüy”ü “Uembli” qərarlaşıb.

Ən az azarkeşin qeydə alındığı iki stadion Buxarest və Bakıdadır. Bu da təbiidir. Çünki yalnız bu iki təşkilatçı şəhərin öz milli komandası AVRO-2020-dən kənar qalıb.

Bakı Olimpiya Stadionundakı (BOS) Uels – İsveçrə qarşılaşması ümumiyyətlə I turun antirekordudur – 8 min 782 izləyici. Lakin növbəti iki turda qardaş Türkiyə yığmasının oyunlarının bu arenada keçirildiyini nəzərə alsaq, tamaşaçı sayının bir neçə dəfə artacağı proqnozlaşdırılır.

“Ferens Puşkaş” (Budapeşt, Macarıstan) - 55662
“Sankt-Peterburq” (Sankt-Peterburq, Rusiya) – 19563 (cəmi - 39126)
“Uembli” (London, İngiltərə) - 18497
“Yohan Kroyff Arena” (Amsterdam, Niderland) - 15837
“Parken” (Kopenhagen, Danimarka) - 13790
“Alyans Arena” (Münhen, Almaniya) - 13000
“Olimpiko” (Roma, İtaliya) - 12906
Sevilya Olimpiya Stadionu - 10559
“Hempden Park” (Qlazqo, Şotlandiya) - 9847
“Nasional” (Buxarest, Rumıniya) - 9082
Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan) - 8782