14:33 16-06-2021
news_image
152
AVRO-2020

Türkiyənin Bakıdakı oyunu ilə bağlı paylaşım - Məsut Özildən

“Fənərbaxça”nın futbolçusu Məsut Özil AVRO-2020-nin qrup mərhələsinin II turunda bu gün Uelslə qarşılaşacaq Türkiyə millisinə dəstək nümayiş etdirib.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq üzvü bu barədə sosial şəbəkədə paylaşım edib.

Ulduz futbolçu “ay-ulduzlular”ın Bakıdakı görüşdə qələbə qazanacağına inandığını vurğulayıb: “Milli komandamıza qardaş ölkə Azərbaycanda Uelsə qarşı uğurlar diləyirəm. Haydi, Türkiyə!”

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.