14:47 16-06-2021
news_image
182
FUTBOL

Üstün olduğumuz yunanlar – ilk dəfə Çempionlar Liqasında

“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlsə, Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının Ellada təmsilçiləri ilə 6-cı dueli ola bilər.

İndiyədək iki ölkə klublarının yolları 5 dəfə kəsişib. Bu görüşlər baş tutsa, həm “Neftçi”, həm də “Olimpiakos” ilk dəfə bu duellərin iştirakçısı olacaq.

Əvvəlki 5 qarşıdurmadan üçü təsnifat mərhələlərinə keçib. Yalnız bir dəfə - “Qəbələ” “Panatinaikos”la görüşəndə mərhələni təmsilçimiz adlayıb. İki dəfə yunanlar tur adlayıb. Bunun birincisi “İnter”i (indiki “Keşlə”) keçən “Asteras”in, digəri “Qəbələ”dən revanş alan “Panatinaikos”un payına düşür.

Digər duellər qrupa təsadüf edib. Həm “Qəbələ”, həm də “Qarabağ” PAOK-la qrupda görüşüb. 10 oyunun hamısı Avropa Liqasına təsadüf edib. İlk dəfə iki klubları Çempionlar Liqasında, üstəlik ən titullu komandalarla üz-üzə gələ bilər.

Baş tutan 10 qarşılaşmadan 6-sı heç-heçə olub. Azərbaycan klubları 2 qələbə qazanıb, 2 dəfə uduzub. Top fərqi də təmsilçilərimizin xeyrinədir - 7-6.

Avrokuboklarda Azərbaycan – Yunanıstan duelləri
2012/13 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

İnter – Asteras (Yunanıstan) – 1:1, 1:1, pen. 2:4
2015/16 mövsümü
Avropa Liqası, pley-off mərhələsi

Qəbələ - Panatinaikos (Yunanıstan) – 0:0, 2:2
2015/16 mövsümü
Avropa Liqası, qrup mərhələsi

Qəbələ - PAOK (Yunanıstan) – 0:0, 0:0
2016/17 mövsümü
Avropa Liqası, qrup mərhələsi

Qarabağ – PAOK (Yunanıstan) – 2:0, 1:0
2017/18 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

Panatinaikos (Yunanıstan) – Qəbələ - 1:0, 2:1