16:21 16-06-2021
news_image
127
FUTBOL

Türkiyə - Uels oyununu izləmək üçün Bakıya gəldi - UEFA prezidenti

UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı qurum başçısı AVRO-2020-nin Türkiyə - Uels oyununu izləyəcək.

Bu görüş Bakı Olimpiya Stadionunda keçiriləcək. A qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma AVRO-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.