17:02 16-06-2021
news_image
185
FUTBOL

Rusiyalılarla 5-ci duel – bu dəfə “Keşlə”

Azərbaycan kubokunun qalibi “Keşlə” avrokubok mövsümünə Rusiya “Soçi”si ilə duellə başlayacaq.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının II təsnifat mərhələsinin dueli iki ölkə təmsilçiləri arasında 5-ci qarşıdurma olacaq.

Əvvəlki 4 dueldən ikisi təsnifat, ikisi qrup mərhələsinə təsadüf edib. Rusiyalılarla daha çox – 3 dəfə yolları kəsişən “Neftçi” təsnifat mərhələlərində bir dəfə tur adlayıb, bir dəfə mübarizəni dayandırıb. Qrupda isə həm “Neftçi”, həm “Qəbələ” xal ala bilməyib.

Ümumilikdə 8 matçda “Neftçi”nin “Arsenal” üzərində 2 qələbəsi və MOİK-lə 1 heç-heçəsi var. Digər 5 qarşılaşmada məğlubiyyət qeydə alınıb. 5 qol vuran komandalarımız 9 qol buraxıb.

2004/05 mövsümü
Çempionlar Liqası
2-ci təsnifat

Neftçi – MOİK (Rusiya) - 0:0, 0:2 
2012/13 mövsümü
Avropa Liqası, qrup

Rubin (Rusiya) – Neftçi - 1:0, 1:0
2015/16 mövsümü
Avropa Liqası, qrup

Krasnodar (Rusiya) – Qəbələ - 2:1, 3:0
2019/20 mövsümü
Avropa Liqası, II təsnifat 

Arsenal (Rusiya) – Neftçi - 0:1, 0:3