16:23 16-06-2021
news_image
322
FUTBOL

“Qarabağ”la başlayıb, “Qarabağ”la oynayacaq – yeganə qələbə 22 il öncə

Konfrans Liqasında mübarizə aparacaq “Qarabağ” II təsnifat mərhələsində İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, ağdamlılar “Vilyarreal”la baş tutmayan İspaniyadakı matçı nəzərə almasaq, son görüşünü məhz İsrail təmsilçisi ilə üz-üzə gəlib.

Qurban Qurbanovun yetirmələri “Makkabi” (Təl-Əviv, İsrail) ilə heç-heçə edib – 1:1. Qrupdakı ilk qarşılaşmada isə rəqib 2 cavabsız qolla qalib gəlib.

Bundan başqa, Azərbaycan və İsrail klubları daha 6 duelə çıxıb. Onların beşində rəqib mərhələ adlayıb. Yalnız ilk sınaqda “Qarabağ” səfər qolu ilə “Makkabi” (Hayfa, İsrail) üzərində qələbə qazanıb.

22 il əvvəlki ilk oyunda qazanılan qələbə hələ də yeganədir. Sonrakı 13 matçda 4 heç-heçə və 9 məğlubiyyət var. Top fərqi də israillilərin xeyrinədir – 31-9.

1999/00 mövsümü
İntertoto kuboku, I mərhələ

Makkabi (Hayfa, İsrail) – Qarabağ - 1:2, 1:0
2009/10 mövsümü
Avropa Liqası, I təsnifat 

Simurq – Bney Yehuda (İsrail) - 0:1, 0:3 
2011/12 mövsümü
Avropa Liqası, II təsnifat

Makkabi (Təl-Əviv, İsrail) – Xəzər Lənkəran - 3:1, 0:0
2012/13 mövsümü
Çempionlar Liqası, III təsnifat 

Hapoel (Kiryat-Şmona, İsrail) – Neftçi - 4:0, 2:2
2013/14 mövsümü
Avropa Liqası, II təsnifat 

Makkabi (Hayfa, İsrail) – Xəzər Lənkəran - 2:0, 8:0
2019/20 mövsümü
Avropa Liqası, III təsnifat 

Neftçi – Bney Yehuda (İsrail) - 2:2, 1:2
2020/21 mövsümü
Avropa Liqası, qrup

Makkabi (Təl-Əviv, İsrail) – Qarabağ - 1:0, 1:1