17:51 16-06-2021
news_image
195
FUTBOL

4:2 – serblər öndədir

Serbiyanın “Çukariçki” klubu ikinci dəfə Azərbaycan təmsilçilərinə rəqib olub.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasında “Sumqayıt”la görüşəcək komanda 6 il öncə “Qəbələ” ilə görüşüb.

Təmsilçimiz serbiyalıları mübarizədən kənarlaşdıra bilib. Ümumilikdə isə iki ölkə təmsilçilərinin yolları 7 dəfə kəsişib. 4 dəfə serbiyalılar, 2 dəfə təmsilçilərimiz – “Qəbələ” və “İnter” mərhələ keçibsə, bir mövsümdə oyunlar qrup çərçivəsində baş tutub.

14 qarşılaşmada üstünlük balkanlıların xeyrinədir. İlk 11 matçda 4 heç-heçəsi və 7 məğlubiyyət alan klublarımız son üç qarşılaşmada qalib gəlib. Top fərqi də rəqiblərin xeyrinədir – 16:15.

1999/00 mövsümü
UEFA kuboku, təsnifat

Neftçi – Srvena zvezda (Yuqoslaviya) - 2:3, 0:1 
2008/09 mövsümü
UEFA kuboku, 1-ci təsnifat

Voyvodina (Serbiya) – Olimpik - 1:0, 1:1 
2008/09 mövsümü
Çempionlar Liqası, 2-ci təsnifat

İnter – Partizan (Serbiya) - 1:1, 0:2 
2012/13 mövsümü
Avropa Liqası, Qrup

Partizan (Serbiya) – Neftçi - 0:0, 1:1
2014/15 mövsümü
Avropa Liqası, Pley-off

Partizan (Serbiya) – Neftçi - 3:2, 2:1
2015/16 mövsümü
Avropa Liqası, 2-ci təsnifat

Çukariçki (Serbiya) – Qəbələ - 1:0, 0:2
2017/18 mövsümü
Avropa Liqası, 1-ci təsnifat

Mladost (Serbiya) – İnter - 0:3, 0:2