19:27 16-06-2021
news_image
174
FUTBOL

“Visla”ya keçidi rəsmiləşdi – “Neftçi”nin futbolçusunun

“Neftçi”dən ayrılan Anton Krivotsyukun Polşanın “Visla” klubuna keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, bu barədə Plosk klubu rəsmi saytı vasitəsi ilə məlumat yayıb. 

Milliləşdirilmiş müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, “Visla”da 5 nömrəli forma ilə çıxış edəcək. 

“Neftçi” ilə müqaviləsi bitən 23 yaşlı futbolçu ötən mövsüm 21 oyunda 2 qol vurub. O, müqavilənin maliyyə şərtlərini razılaşdıra bilmədiyi üçün "ağ-qaralar"la anlaşmanın müddətini uzatmayıb.

Beləliklə, "Neftçi"dən ayrılan futbolçuların sayı 6-ya çatıb. Azərbaycan çempionu Krivotsyuka qədər Səlahət Ağayev, Keysuke Honda, Rener Alves, Bruno Teluşi və Ahmed Ahmedovla yollarını ayırıb.