19:57 16-06-2021
news_image
167
FUTBOL

Voislav Stankoviçlə yeni müqavilə bağladı – “Neftçi”

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu müdafiəçi Voislav Stankoviçlə yeni anlaşma imzalayıb.

33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli müqavilə bağlanılıb. Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodj və Mirabdulla Abbasovla yeni müqavilə bağlayıb.