00:00 17-06-2021
news_image
271
TOP OYUNLARI

Yenə uduzdu və Andorraya rəqib oldu – Azərbaycan millisi

Kişi həndbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Vidadi Əliyevin baş məşqçisi olduğu komanda “İHF/EHF Trophy”də mübarizəni davam etdirir.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirin B qrupunda yer alan millimiz son turun matçına çıxıb. İlk oyununda meydan sahiblərinə 16:36 hesabı ilə uduzan yığma yenə məğlub olub. Komandamız bu dəfə Moldova qarşısında aciz qalıb – 16:28.

Bununla da yığmamız qrupda sonuncu yeri tutub. Milli 5-ci yer uğrunda qarşılaşmada digər qrupun sonuncusu Andorra ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalda Gürcüstan Bolqarıstanla, Kipr Moldova ilə görüşəcək.