23:53 16-06-2021
news_image
203
FUTBOL

Serxio Ramos getdi – “Real” açıqladı

Serxio Ramos İspaniyanın “Real” klubunu tərk edib.

Apasport.az saytının məlumatına görə, bunu Madrid təmsilçisi açıqlayıb.

Bildirilib ki, sabah 35 yaşlı müdafiəçi və klubun prezidenti Florentino Peresin iştirakı ilə vida mətbuat konfransı keçiriləcək. Bu isə o deməkdir ki, müqaviləsi başa çatan Ramosla klub arasında yeni anlaşma ilə bağlı razılıq əldə edilməyib.

Qeyd edək ki, Serxio 2005-ci ildən “Real”da forma geyinib.