00:23 17-06-2021
news_image
186
AVRO-2020

Topu bilərəkdən auta çıxaracaqlar – Eriksenə dəstək

Belçika millisi AVRO-2020-nin Danimarka ilə sabahkı qarşılaşmasında xüsusi aksiya hazırlayıb.

Apasport.az saytının məlumatına görə, bunu komandanın hücumçusu Romelu Lukaku açıqlayıb.

O bildirib ki, Finlandiya ilə huşunu itirən Kristian Eriksenə dəstək nümayiş olunacaq: “Biz görüşün 10-cu dəqiqəsində topu vurub meydandan auta çıxaracağıq. Oyunu dayandıracağıq və alqışlayacağıq”.

Qeyd edək ki, “İnter”də Lukakunun komanda yoldaşı Kristian millidə 10 nömrəli formanı geyindiyindən aksiya 10-cu dəqiqədə təşkil olunacaq.