09:15 17-06-2021
news_image
244
FUTBOL

"Dinamo" ilə matçının vaxtı bilindi - "Neftçi"nin

“Neftçi”nin Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı “ağ-qaralar”ın rəsmi saytı yayıb.

Bildirilib ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da keçiriləcək.