10:18 17-06-2021
news_image
400
FUTBOL

“Neftçi” maksimum məsuliyyət tələb edir” – “Olimpiakos”un baş məşqçisi

“Məqsədimiz ölkə daxilində bütün mümkün kubokları qazanmaq və avrokuboklarda uğurlu çıxış etməkdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Pedro Martins deyib.

Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Dinamo”nu (Tbilisi) üstələməyi bacarsa, növbəti raundda məhz “Olimpiakos”a rəqib olacaq.

Yunanıstan klubunun portuqaliyalı çalışdırıcısı potensial rəqibləri dəyərləndirib: “Yeni mövsümdən böyük gözləntilərimiz var. Ən böyük hədəf yenidən Yunanıstan çempionu olmaqdır. İyulun 20-21-dən avrokubok macəramıza başlayacağıq. Qarşılaşacağımız rəqibin öz ölkəsinin çempionu olduğunu unutmuruq. Həm Azərbaycan, həm də Gürcüstan komandası yüksək keyfiyyətə malikdir. Həm “Neftçi”, həm də “Dinamo” bizdən maksimum məsuliyyət tələb edən komandalardır. Qarşımızda asan rəqib olmayacaq. Futbolda heç nə asan əldə edilmir”.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları 20-21 və 27-28 iyul tarixlərində keçiriləcək.