10:53 17-06-2021
news_image
723
FUTBOL

“Mahir Emreli sıradan hücumçu deyil” – “Legiya”nın baş məşqçisi

“Mahir Emreli artıq xeyli müddətdir bizimlə birlikdədir”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç deyib.

Polşa mətbuatına müsahibə verən 51 yaşlı mütəxəssis Varşava təmsilçisinin yay fasiləsində heyətinə cəlb etdiyi Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə fikirlərini bölüşüb.

Mixneviç “Qarabağ”dan alınan 24 yaşlı forvardın kollektivə tez uyğunlaşdığını bildirib: “Mahir komandaya sürətli şəkildə uyğunlaşdı, bir neçə dil bilir və kollektiv də onu qəbul etdi. Oyunu yaxşı oxuma bacarığı var, yüksək motivasiyaya və sürətli texnikaya malik futbolçudur. Yəni sıradan hücumçu deyil”.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.