12:10 17-06-2021
news_image
113
AVRO-2020

Danimarka ilə oyuna hazırdır – De Breyne

Belçika millisinin futbolçuları Kevin de Breyne və Aksel Vitsel AVRO-2020-nin qrup mərhələsinin II turunda meydana çıxa bilər.

Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Roberto Martines açıqlayıb.

O bildirib ki, zədə səbəbindən Rusiya ilə qarşılaşmanı (3:0) buraxan yarımmüdafiəçilər növbəti matça hazırdır. Hər iki oyunçu Danimarka ilə bugünkü görüşdə meydana çıxa bilər. Martines qeyd edib ki, de Breynenin neçə dəqiqə tam gücü ilə oynaya bilməsi hələ dəqiq bəlli deyil.

Qeyd edək ki, Belçika və Danimarka arasında qarşılaşma bu gün saat 20:00-da başlayacaq.