12:56 17-06-2021
news_image
283
FUTBOL

Komandasını Türkiyəyə aparacaq – Rəşad Sadıqov

“Zirə”nin mövsümlərarası hazırlıq planı bəlli olub. 

Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Rəşad Sadıqovun yetirmələri iyunun 24-də çalışmalara start verəcək. 

Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. 

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 18 iyul - 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.