14:44 17-06-2021
news_image
127
AVRO-2020

30 illik tilsim – AVRO-2020

Niderland yığması bu gün AVRO-2020-nin qrup mərhələsinin II turunda Avstriya ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Frank de Burun kollektivi qarşılaşma öncəsi cütün favoriti sayılır.

Maraqlıdır ki, niderlandlılar son 30 ildə rəqibinə qarşı keçirdiyi 6 görüşün heç birində məğlub olmayıb. Üstəlik, “narıncılar” orta hesabla hər matçda 3 qol vurmağa müvəffəq olub – 3:2, 3:0, 3:1, 4:3, 3:1, 2:0. Avstriya yığması 30 illik tilsimi bu gün qırmağa çalışacaq.

Qeyd edək ki, Niderland – Avstriya oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.