15:42 17-06-2021
news_image
317
FUTBOL

“Aşdod”la oyununun vaxtı dəqiqləşdi – “Qarabağ”ın

“Qarabağ”ın Konfrans Liqasının II təsnifat mərhələsində “Aşdod”la ev oyununun başlama vaxtı müəyyənləşib.

Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi bildirib ki, İsrail təmsilçisi ilə iyulun 22-də evdə baş tutacaq ilk görüşün start fiti 20:00-da səslənəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 29-da İsraildə olacaq.