16:55 17-06-2021
news_image
183
FUTBOL

Yeni müqavilə - “Səbail”də

“Səbail”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə müdafiəçi Adil Nağıyevlə yeni müqavilə imzalandığını açıqlayıb.

Anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha bir il Bakı təmsilçisinin formasını geyinəcək. Bu isə yay fasiləsində “Səbail”də 7-ci yeni müqavilədir. Buna qədər baş məşqçi Aftandil Hacıyevlə yanaşı, Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılov və Rauf Əliyev sazişə qol çəkib.

Qeyd edək ki, “Səbail” Ali Sesay, Ruslan Hacıyev, Urfan Abbasov, Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze və Amil Yunanovla yollarını ayırıb.