10:48 01-09-2008
news_image
361
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Rusiyada keçirilmiş blits-turnirdə mükafatsız qalıb

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan blits-turnirə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov mükafatçılar sırasına düşə bilməyib. 23 yaşlı beynəlxalq qrossmeysterimiz 34 oyunda 20 xal toplayaraq, Pyotr Svidlerlə birgə 4-5-ci pilləni bölüşüb. Blits-turnirin qalibi Vasili İvançuk (23,5 xal) olub. Ukraynalı şahmatçı bundan öncə təşkil edilən əsas yarışda da birinci yeri tutub.