16:59 17-06-2021
news_image
112
FUTBOL

“Çelsi”nin futbolçusunu aldı – “Milan”

“Milan” “Çelsi”nin müdafiəçisi Fikayo Tomorini transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında “rossonyerlər”də keçirən 24 yaşlı mərkəz müdafiəçisi birdəfəlik transfer edilib. Keçidin detalları barədə məlumat verilməsə də, “Çelsi”nin transferdən 30 milyon avroluq gəlir əldə etdiyi vurğulanıb.

Qeyd edək ki, Fikayo Tomori ötən mövsüm 22 oyunda 1 qol vurub.